Rüstəm İbrahimbəyovun filmi "Nika" mükafatı uğrunda mübarizə aparır

Rüstəm İbrahimbəyovun filmi "Nika" mükafatı uğrunda mübarizə aparır
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyovun "Kabusun gözü ilə" filmi "MDB və Baltik ölkələrinin ən yaxşı filmi" nominasiyasında Rusiyanın "Nika" mükafatı uğrunda mübarizəyə qoşulub.

SİA-nın məlumatına görə, müsabiqəyə təqdim olunan 14 film arasından 4 ən yaxşısı seçilib və növbəti mərhələdə iştirak etmək şansı qazanıb. Bu sırada Rüstəm İbrahimbəyovun əsəri də daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə