Anar Nağılbaz avtomobillərdən bəhz edən jurnal buraxıb

Anar Nağılbaz avtomobillərdən bəhz edən jurnal buraxıb
Məşhur Azərbaycanlı reper Anar Nağılbaz şəxsi jurnalını nəşr etririr. SİA-ya açıqlama verən reperin sözlərinə görə, jurnal avtomobillərdən bəhs olunduğu üçün elə adı da "Avtomobil birjası"dır: "Jurnal artıq satışdadır. Burada avtomobillər haqda məlumatla yanaşı mobil telefonlar barədə də yazılar yer alıb. Əsas məqsəd yeni avtomobil və telefonlar haqda oxuculara məlumat verməkdir. Bununla yanaşı burada elanlar da yer alıb. Satışa çıxarılan maşın və telefonlar barədə ən son və geniş məlumatlar məhz mənim jurnalımda olacaq".

Sonra Anar onu da bildirib ki, 15 mart tarixində jurnalının saytını təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə