Elza Seyidcahan indi də “maşın” haqda oxudu

Elza Seyidcahan indi də “maşın” haqda oxudu
Səhnənin ekstrovoqant və seçilən simalarından olan bəstəkar-müğənni Elza Seyidcahan bu dəfə sifarişlə mahnı yazıb. Elza xanımın SİA-ya verdiyi məlumata görə, onu bu addımı atmağa sənət dostu Abbas Bağırov təhrik edib. Özü də mahnı "ünvan"ını tapıb. Belə ki, yeni əsərin tarixçəsi ölkənin ən məşhur reality-şousu olan "Maşın"a həsr olunub. Sözügedən mahnını Elza xanım şounun ötən buraxılışlarının birində yazıb: "Qaldığımız yerdən çəkiliş meydançasına gedirdik. Həmkarım Abbas da bizimlə idi. Birdən dedi ki, "Elza, bəlkə bir maşın mahnısı yazasan. Axı sən nə istəyirsən alınır. Bir yoxla görək". Abbasın bu sözü beynimə batdı, elə yol boyu "maşın-maşın" zümzümə eləyərək mahnını yaratdım. Çox gözəl də alındı. İndi həmin mahnı "Gecə beşin yarısı" albomumda yer alıb".

Bütün xəbərlər Facebook səhifəmizdə