Məşhur müğənni İzzət Bağırovun yaradıcılığında yenilik var. SİA-ya məlumat verən İzzətin sözlərinə görə, o, may ayında pərəstişkarlarına nə az, nə çox düz üç albomu birdən təqdim edəcək: "Albomlar bir-birindən fərqli janrlardadır. Birində səkkiz dini mahnı yer alacaq. Digər alboma daxil olan mahnıların beşi türk, qalanları isə Azərbaycan mahnıları olacaq. Qeyd edim ki, türk musiqilərinə Azərbaycan dilində söz yazılıb. Üçüncü diskdə isə Azərbaycanın əməkdar incəsənət xadimləri Gövhər Həsənzadə, Eldar Mansurov, eləcə də gənc bəstəkarlar Nazimin və Tunarın bəstələri daxil edilib".
Albomun daha bir özəlliyi ondadır ki, müğənni bu üç albomu öz ad gününə hədiyyə edəcək.
Albomun daha bir özəlliyi ondadır ki, müğənni bu üç albomu öz ad gününə hədiyyə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB