Mələkxanım Əyyubova: “Mən gənc yaşlarımdan xalqın gözü qarşısındayam, sənətkaram”- MÜSAHİBƏ
- Mələkxanım, nəyə görə şou-biznesdə olan insanlara münasibət birmənalı deyil?
- Onlar özlərini tamaşaçıya düzgün təqdim etməlidirlər. Sənətdə olan hər bir insan bilməlidir ki, atdığı hər bir addım tamaşaçının diqqətindən qaçmır. Bu məsələlərdə televiziyaların da günahı var. Onların hər sözünü, hərəkətini tamaşaçıya təqdim etməsinlər.
- Bəlkə elə onların özlərini düzgün təqdim etməməsinin nəticəsidir ki, bu sahədə olan insanlar ailə qurub və qısa müddət ərzində boşanıblar. Həqiqətənmi, müğənnilərin normal ailəsi ola bilməz?
- Qətiyyən bu fikirlə razılaşa bilmərəm. Mən gənc yaşlarımdan xalqın gözü qarşısındayam, sənətkaram. Ancaq bununla yanaşı çox gözəl ailəm var. Hər ailədə problem ola bilər, ancaq bu problemləri gündəmə gətirmək düzgün deyil. Mən elə bir dönəmdə sənətə gəldim ki, heç də müğənniyə birmənalı yanaşmırdılar. Hətta söz-söhbət olmasın deyə, bəziləri kosmetika belə çəkməyə çəkinirdilər. Özümü tərifləmirəm. Mən sənətə gəldim, kosmetikadan da istifadə etdim, kosmetoloq yanına da getdim, modelyerlə də çalışdım. Bu, o demək deyil ki, çərçivədən çıxasan. Bütün bunlarla yanaşı, ailə də qurdum. Və ailəmlə fəxr edirəm. Demək istəyirəm ki, bu, insanın özündən, aldığı tərbiyədən irəli gəlir. Əgər o insanın kökündə tərbiyə, əxlaq yoxdursa, onu düzəltmək mümkün deyil. Mən də sənətə gələndə qorxa-qorxa gəlmişdim. Ancaq bilirdim ki, özümdən çox şey asılıdır. Mən istər hərəkətimdə, istər geyimimdə, istər repertuarımda bayağı olmaqdan uzaq oldum. Məndən sonra gələnlər mənə deyirlər ki, Mələkxanım, biz sizi səhnədə görəndən sonra ürəkləndik. Məndən sonra gələnlərin neçəsi ailə qurdu. Yəni, müğənni olmaqla yanaşı, evinin xanımı olmaq mümkündür.
- Sənət adamları şəxsi həyatları ilə bağlı problemlərin gündəmə gətirilməsində mətbuatı suçlayırlar. Bir məqamı unudurlar ki, onlar ailə quranda mətbuatda, televiziyalarda bunun işıqlandırılmasında özləri maraqlı olurlar...
- Əslində bu məqamda birmənalı şəkildə medianı qınamaq düzgün olmaz. Əgər sənətçi xoş günündə efirdə bunun göstərilməsinə maraq göstəribsə, toyunun görüntülərinin efirdə verilməsinə razılıq veribsə, onda o ailənin pis gününün, dağılmasının da tamaşaçıya təqdim olunmasına etiraz edə bilməz. Sadəcə, bu gün səhnədə olan gənclər ailəyə barmaqarası baxırlar. Məgər bizim haqqımızda nəsə hazırlaya bilməzlər? Mən özümü tərifləmək istəmirəm. Sadəcə, elə hərəkət etmirəm ki, mətbuat bu barədə pis nəsə yazsın. Bunu sənətçi özü tənzimləyir. Heç birimiz, uzaq olsun, problemlərdən sığortalanmamışıq. Mənim də evimdə problem yaşana bilər, mənim də övladlarım var və onların da çətinliyi ola bilər. Ancaq elə etmək lazımdır ki, xalqın gözündən düşməyəsən. Son vaxtlar boşanan müğənnilərdən birinin kökünü, ailəsini yaxşı tanıyıram. Mən o ailədən çıxan övladı qınamıram. Çünki o, ailəsində elə tərbiyə görüb. Belə ailədə tərbiyə alan insanın özünün normal ailəsinin olmasını gözləməyə dəyməz. O oğlan evlənəndə onun ailəsinin müvəqqəti olacağını gözləmək mümkün idi. Mən ad çəkmək istəmirəm. Hər halda o, niyə evləndiyini, nəyə görə boşandığını yaxşı bilir.
- Sizcə, niyə məhz estrada sahəsində olanlarda şəxsi problemlər, boşanmalar özünü daha çox göstərir?
- Bax, elə məsələ ondadır ki, səhnədə olan üçün fərqi yoxdur, o xanəndədir, ya estrada oxuyan. Hər ikisi səhnə adamıdır. Ancaq xanəndələrin normal ailələri var. Səkinə xanımın, Simarənin, Mənsum İbrahimovun, Ağaxan Abdullayevin, Arif Babayevin. Və adlarını çəkmədiyim digərlərinin. Gəlin indi estrada sahəsinə diqqət yetirək. Bu sahədə boşananların, normal ailəsi olmayanların sayı kifayət qədərdir. Onların şəxsi problemləri həmişə gündəmdə olur. Bunun bir səbəbi var. Onlar ailəyə önəm verə bilmirlər. Ailə çox müqəddəsdir. Onu hər söz üstə qurban verməzlər. Mən Samir Piriyevi uzaqdan yaxşı bir oğlan kimi tanımışam. Onun ailəsindən ayrıldığını eşidəndə pis oldum. Mənə təsir edən odur ki, bu gün boşanan insan bir ay sonra başqa birisiylə ailə qurmağa necə hazır ola bilir? Sən bir aydır boşanmısansa, yenidən qısa müddətdə başqa birisiylə necə ailə qurmağa hazır ola bilirsən? Yenidən ailə qurduğun insanı bir aya necə tanımaq olar? Hər şeyi bir kənara qoyuram. Axı Samirin bir övladı var. Onun gələcəyini necə, düşünmür? Sən bir övladı yetim qoyursan. Ömrü boyu onun övladı bu səhvin əzabını çəkəcək. Samir, onun valideynləri o yetim qalan uşağı niyə düşünmür? Niyə demirlər ki, ay bala, hələ bir ay deyil boşanmısan, nə tez evlənməyə qərar verdin?! O biri oğlan olsun, Zamiqi deyirəm. 5-6 ay əvvəl toyu olub. Niyə ailəsi dağılır? Bu gənclər niyə ailə qurarkən düşünmürlər? Məgər ailəni ikigünlük, ad üçün qururlar?
- Son vaxtlar kişi müğənnilərimizin orientasiyası barədə də çox danışırlar... Hətta bəzilərinin ailəsinin dağılmasında bu məsələ gündəmə gətirilir...
- Bu da bir bəladır. Son vaxtlar belə söz-söhbətləri eşidəndə adam utanır. Bu, bir xəstəliyə çevrilib. Bu xəstəlik narkomaniyadan da ağırdı. Əvvəllər kişilərimizin qeyrəti ilə öyünürdük. İndi qeyrət sözünü də ucuzlaşdırıblar. Görün hansı zəmanəyə gəlmişik ki, nədən danışırıq. Səhnədə olan insanları gözdən salmayın. Sadəcə belələrini cəmiyyətdən kənarlaşdırmaq lazımdır ki, eyiblərindən xəcalət çəksinlər...
- Sənət aləmində müxtəlif çətinliklər, xoşagəlməz olayların şahidi olmusuz. Bu sənətə gəldiyiniz üçün peşman olduğunuz vaxt olubmu?
- Səmimiyyətimə inanın ki, yox. Çünki mən bu sənəti sevdiym qədər də səhnəyə hörmət etməyi bacarmışam. Çalışmışam ki, bu aləmdə olan çirkablar mənə dəyməsin. Soyuq suyu da üfürüb içmişəm. Yəni, sənətimlə ailə həyatımı nizamlamağa çalışmışam. Bunu özündən razılıq kimi görməyin, olanı deyirəm. Dəvət olunduğum hər yerə, hər məclisə getməmişəm. Əvvəlcədən dəvət olunduğum yerə adam göndərirəm ki, görüm məclisdə kim var. Sevmədiyim, xoşlamadığım insanlar olanda o dəvətlərdən imtina etmişəm. Yəni sənətdə özümə hörmət etdirməyi bacarmışam. Xırdalıqlara varmışam ki, sabah peşman olmayım. Ona görə Mələkxanım olmuşam. Sənətkar öz adını qorumalıdı.
- Deyirlər ki, xanəndələr, milli musiqilər ifa edən xanım həmkarlarınız arasında sizə paxıllıq edənlər çoxdu. Varmı belələri?
- Var. Niyə yoxdu ki? Kimin mənə paxıllıq etdiyini də, kimin mənim üzümə yalandan güldüyünü də bilirəm. Sənət adamları arasında paxıllıq, qısqanclıq həmişə olub. Olacaq da. Buna təbii yanaşmaq lazımdı. Sadəcə mənim belə insanlara yazığım gəlir. Bilirsiz, mən bu sənətə gəldiyiym ilk gündən bu paxıllığı hiss etmişəm. Eləsi var ki, üzümə gülür, ancaq paxıllıq onu rahat buraxmır. Ancaq mən bunu o insana hiss etdirmirəm ki, sənin mənə olan münasibətini bilirəm. Bunu kənardan da bilənlər olur. Mən çalışmışam ki, xanım həmkarlarıma həmişə dəstək olum, onlara yaxşı məsləhət verim. Məsləhət də vermişəm. Hətta elələri var ki, onlar qısqanclıqlarını, paxıllıqlarını gizlədə də bilmirlər. Biruzə verirlər. Onlar aciz insanlardı. Mənim xarakterimə bələd olanlar bilirlər ki, mən təbiətən çox mehriban insanam. Kimsənin könlünü qırmağı sevmirəm. Bir də mən belə insanları qınamıram. Çünki sənət aləmində öz zəhmətim və mədəniyyətimlə nəyə nail olduğumu yaxşı bilirəm. Onlar da yaxşı bilirlər ki, Mələkxanım nəyə nail ola bilib. Ona görə də qısqanclıqlarını təbii qarşılayıram.
- Yəni demək istəyirsiniz ki, bu günkü uğurlarınız olmasaydı, siz də kiməsə paxıllıq edə bilərdiz?
- Bilirsiz, insan övladıyıq. Paxıllıq, qısqanclıq hər insanda ola bilən xüsusiyyətdir. Sadəcə insan bir qədər iradəli olmalıdır, mübariz olmağı bacarmalıdır ki, istəyinə nail olsun. Zəif insanlar istəklərinə çata bilməyəndə qısqanclıq onlara güc gəlir. Ola bilər sənətdə mən də belə böyük uğurlara imza atmasaydım, kiməsə paxıllıq edərdim. Ancaq yenə deyirəm, insanın ruhu təmiz olmalıdır ki, güclü olsun. Mən bu gün sənətimdə qazandığım hörmətə, sevgiyə görə Allahımdan razıyam.
- Bəzən ailə qurandan sonra xanım sənətçi üçün çətin olur. Yoldaşınız sizə müəyyən qadağalar qoyubmu? Ya da, hansısa qastrol səfərindən ona görə imtina etməli olmusuz?
- Mən yoldaşımdan yerdən göyə qədər razıyam. Çünki o mənə sənətimlə bağlı çərçivə yaratmayıb, məni sıxmayıb. Əksinə, mənə həmişə dəstək olub. hətta elə böyük problem olub ki, mən hansısa işimi təxirə sala bilərdim, ancaq o buna imkan verməyim. Deyib ki, bütün çətinlikləri mən öz üzərimə götürürəm, sən sənətində boşluq yaratma. Hətta bəzən o, mənə irad tutur ki, bunu niyə etmədin, niyə Heydər Əliyev Sarayında konsert vermirsən? Mən həyat yoldaşıma həmişə minnətdaram. Çünki onun dəstəyi sayəsində mən sənətimi inkişaf etdirmişəm.
- Yeri gəlmişkən, niyə Sarayda konsert vermirsiz? Axı maddi çətinliyiniz də yoxdu...
- Yox, madiyyatla əlaqəsi yoxdur. Həqiqətən Heydər Əliyev adına Sarayda konsert vermək niyyətim var. Düzünü deyim, bu il konsert proqramı ilə çıxış etməyi nəzərdə tutmuşdum. Ancaq deyəsən, bu il də alınmadı. Bir də konsert təşkilatı ilə bağlı tərəddüdlərim var. Mən sıradan konsert proqramı ilə çıxış etmək istəmirəm. Adıma, sənətimə layiq konsert vermək istəyirəm. Yoxsa səhnəyə bir palaz sərib, sadə bir dekorasiya ilə konsert verməyə nə var ki? Əgər konsert proqramı ilə tamaşaçı qarşısına çıxıramsa, demək artıq ilin əvvəlindən buna ciddi hazırlaşmaq lazımdı. Burada dekorasiya, işıq effektləri, dizayn, repertuar, səhnə geyimləri və digər məsələlər də yüksək səviyyədə təşkil olunmalıdır. Mən tamaşaçı qarşısına çıxanda, tamaşaçı bu konsertdən zövq almalıdı.
- Deyəsən evinizdə toy olacaq? Eşitdiyimizə görə Mələkxanım qaynana olacaq...
- Hə, düz eşitmisiz. Bu payız Allahın köməyi ilə qızımı köçürürəm. Toya hazırlıq işləri başlayıb. Nə tez siz də xəbər tutdunuz? İnşallah qızım Hökümənin toyu olacaq. Anamın adını qızıma qoymuşam. Bir ana kimi çox həyəcanlıyam. Elə Sarayda vermək istədiym konsert də toya görə təxirə düşdü. Bu il həm də mənim yaradıcılığımın 30 illiyi olacaq. Ona görə konsert verməyə yaman həvəsli idim. Qızımın xeyir işinə görə konsert planımı təxirə saldım. Sizin də dediyiniz kimi, qaynana olacam.
- Bəzi xanım sənətçilər qaynana olmaqdan qorxurlar...
- Yox, mən nə qocalmaqdan, nə də qaynana olmaqdan çəkinmirəm. O bəzilərində kompleksdir. Bu, həyatdır. İnsan həyatın hər məqamından zövq almağı bacarmalıdır. Ana olmaq, qaynana olmaq, qız köçürmək, oğul evləndirmək hər insana da qismət olmur. Təki Allah hamıya o günləri yaşamağa imkan versin. Hər ana övladının toyunu görmək, qaynana olmaq, nəvə sahibi olmaq istəyər.
- Mələkxanım, başınız nə dədər qarışıq olsa da, yaradıcılığınızda yenilikləriniz də diqqətimizdən qaçmır...
- Yəqin yeni mahnılarımı nəzərdə tutursuz. Rauf Məmmədovun "Necə bağban olaram" adlı mahnısını lentə aldırmışam. Allah qoysa, bu həftənin sonu həmin mahnının klip çəkilişlərinə start veriləcək. Çox maraqlı bir layihə olmalıdır. Rejissor Nicatdır. Hələ süjet xətti barədə qısa məlumat veriblər. Mənim özüm üçün də sürpriz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB