Eldar Qasımov sevincini kimlərlə bölüşür?

"Eurovision-2011" müsabiqəsində Azərbaycanı təmsil edəcək Eldar Qasımov milli seçim turundakı qalibiyyətini qarşısına çıxan hər kəslə bölüşür. SİA-nın məlumatına görə, Eldar onu dəstəkləyən hər kəsə minnətdarlığını bildirib: "Əziz dostlar! Hər kəsə bir söz demək istəyirəm - "Çox sağ olun". Mənə çox dəstək oldunuz. İnamınıza və sevginizə görə sonsuz təşəkkürlər. Məhz bunların nəticəsində mən bu cür uğura sahib oldum. Bu, bizim birgə qalibiyyətimizdir. Sizlər olmasanız, neyləyirəm o qalibiyyəti. Çox sağ-olun. Siz ən gözəl tamaşaçılarsınız. Mən çox xoşbəxtəm və bu xoşbəxtlik hissini sizinlə bölüşürəm",- məhz bu cür sözlər finalçının "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə