Hər zaman açıq-saçıq geyimləri, danışıqları ilə tamaşaçıları çaşdıran şou əhli yenə də öz şəxsi həyatlarını göstərməkdən çəkinmədilər. SİA-nın məlumatına görə, bu dəfə daha fərqli, daha açıq şəkildə... Belə ki, dünən Lider tv də yayımlanan "Qızıl pillə" verilişində seksi ulduzların onluğu təqdim olundu. Efirin ən cazibədar aparıcısı Zemfira Adgözəlova artıq ikinci dəfə şou nümayəndələri arasında bu mövzuda sorğu keçirdi. İlk dəfə efirə gedən verilişdə 3-cü yeri müğənni Nura Suri, 2-ci yeri model aparıcı Tunay, 1-ci yeri isə xalq artisti Brilliant Dadaşova tutmuşdu. Ötən veriliş müəyyən şəxslərin etirazına səbəb olsa da, aparıcı Zemfira deyilənləri önəmsəməyərək ikinci dəfə bu mövzuya toxundu. Bu dəfə ki üçlüyə isə model Validə Abbasova, NEXT qrupu və qalib olaraq xalq artisti Aygün Kazımova layiq görüldü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB