Nigar Camal və Eldar Qasımov mətbuat konfransında iştirak ediblər
Carı ilin may ayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçılar Eldar Qasımov və Nigar Camal milli final şousundan sonra mətbuat konfransında iştirak ediblər. SİA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən İTV-nin baş direktoru İsmayıl Ömərov ideal seçim etdiklərini vurğulayıb: "Nigar və Eldara bütün Azərbaycan diqqət kəsilib. İnanıram və əminəm ki, onlar bizi ustalıq və ürəklə təmsil edəcəklər. Bir çox aparıcı telekanallarla işbirliyimiz var. Konsertimiz eurovision.tv-nin saytında da yerləşdirilib. Bütün imkanlardan istifadə edəcəyik ki, iştirakçılarımız tanınsın. Tanınandan sonra seviləcəyimizə şübhəm yoxdur".
Mətbuat konfransında danışan Eldar Qasımov deyib ki, birincilik qazanmaq üçün hər cür imkanları var və buna nail olacaqlar. Onun sözlərinə digər təmsilçi Nigar Camal da qoşulub: "Bizi bu yerə layiq bildiyin üçün hər birinizə təşəkkür edirik. Azərbaycanı layiqincə təmsil etməyə çalışacayıq".
İsmayıl Ömərov digər iştirakçıların da çox istedadlı olduqlarını, lakin "Eurovision" Mahnı müsabiqəsi üçün iki iştirakçının daha ideal olduğunu bird aha dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB