"Xalq ulduzu" yarışmasının yaddaqalan iştirakçılarından olan İlahə İbadova yaxın aylar üçün geniş planlar vəd edir. SİA-nın məlumatına görə, yaradıcılıq ritmini artıran xanəndə ilk olaraq albomunu təqdim edəcək. Maraqlı fotoları, müxtəlif təsnif, xalq və bəstəkar mahnıları ilə son tamamlama işləri görülən albomu sənətçinin bu sıradan təqdim edəcəyi ilk işi hesab etmək olar.
"İlk albomuma "Qoy gülüm gəlsin", "Bir gül seçdim", "Mənim Azərbaycanım", kimi mahnılar, "Segah" və "Şur" təsnifləri, eyni zamanda "Qızıl gül" adlı duet mahnım daxildir. Hikmət Mirməmmədlinin bəstəsini də buraya daxil etmişəm. Cavid Cavadoğlunun mahnısını isə albomda ən yeni bəstə hesab etmək olar", - deyən İ.İbadov konsert hazırlığından söz açdı.
O bildirdi ki, əslində ilk geniş konsertini paytaxtdan başlamaq niyyətində olub. Lakin qubadlıların təklifini nəzərə alan müğənni çıxışını həmyerlilərinin sıx məskunlaşdığı Sumqayıtdan başlayacaq. Hazırda konsert üçün hazırlıq işləri görülür. Növbəti çıxış paytaxtda nəzərdə tutulub. Müğənni dinləyicilərinin iki şəhərlə məhdudlaşmadığını nəzərə alaraq, yay aylarında müxtəlif bölgələrə də üz tutmağı qərarlaşdırıb: "Bölgələrdən bü günə qədər bir çox təklif almışam. Hava şəraitini nəzərə alıb hələlik bölgə turnesini isti günlərə keçirmişəm".
Xatırladaq ki, müğənninin adını daşıyan sayt da yaxın aylarda istifadəçilərin ixtiyarında olacaq.
Müğənninin həyatına gəldikdə isə, bir neçə il əvvəl musiqiçi ilə ailə həyatı quran İlahə İbadovanın bu izdivacdan qız övladı dünyaya gəlib. Bir müddət əvvəl cütlüyün ayrıldığı xəbəri yayıldı. Hazırda İlahə İbadovanın 1 yaş 8 aylıq qızı - Ayan anası ilə birlikdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB