Küsülü olan xalq artistləri barışdı

Küsülü olan xalq artistləri barışdı

Xalq artisti Səkinə İsmayılova ilə Mələkxanım Əyyubova barışdıqdan sonra ilk dəfə bir araya gəliblər.
SİA-nın məlumatına görə, xanəndələr birlikdə verilişlərin birinə qatılıblar. Onların birlikdə görünməsi bir çoxlarını təəccübləndirib.

Aparıcı Zaur Kamal proqramında qonaq olan Əyyubovaya bununla bağlı sual ünvanlayıb.

Mələkxanım aparıcının sualına belə cavab verib: "Evdə bacının bacıyla, anayla da söz-söhbət olur. Biz hər zaman səhnədə bir olmuşuq. Hər zaman adımız qoşa çəkilib. Soyuqluq oldu və keçib getdi".

Qeyd edək ki, xanəndələr arasında mübahisə onların münsif olduğu "Muğam" müsabiqəsi zamanı yaşanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə