Müğənni Zamiq Hüseynov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı proqramda şəxsi həyatı ilə bağlı sualları cavabsız qoyub. O, gizli evlənməsi haqda yayılan xəbəri nə təsdiq, nə də inkar edib: "Tanınmış insanla yola getmək çətindir. Çox qısqanc adam olmamalıdır. Telefona zəng, mesaj gəlir. Bunu qəbul edənlər və etməyənlər var. Nə xoşbəxtlikdir ki, onu başa düşənlər var. Evdar insanam. Vaxtımın çoxunu evdə keçirdiyim üçün mənimlə bir az rahatdır. Şəxsi həyatımla bağlı bundan artıq danışmayacam".
Zamiq sosial şəbəkədə yazılan tənqidlərdən, ailəsinə baxmasından söz açıb: "Hazırda bütün ailəmə tək baxıram. Buna görə də xoşbəxtəm. Uzun illər həsrətlə yaşamışam ki, anama istədiyini ala bilim. İndi ailəmə, qohumlarıma mən kömək edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB