Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu və Əməkdar artist Elza Seyidcahan verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, Hüseyn şou-biznesdə bəyənmədiyi məsələlərdən danışıb: "Yaxşı ifaçıyam, sənətkar yox. Hamıya "sənətkar" deyilir. Bəs, Tofiq Quliyevə nə deyək?".
Məhəmmədoğlu meyxanaçı Pərviz Bülbüləyə də söz atıb: "Pərviz istedadlı şairdir. Amma onun oxuduğu janra görə onu qəbul etmirik. Şair kimi yaxşılar sırasına layiqdir".
Proqrama qonaq olan Əməkdar artist Elza Seyidcahan da Hüseynin sözlərinə dəstək olub: "Baxırsan, sosial şəbəkədə paylaşırlar, filankəsə görə, izdiham oldu. Deyirlər, sosial şəbəkədə izdiham oldu. Mənə çatmır bunlar".
Seyidcahan "Şou-biznes qazanında kim qaynasın" sualına da cavab verib. O, yenə də müğənni Damlaya söz atıb. Onun şəklini görən ifaçı "Başqa adam göstərin" sözlərini deyib: "Axırda hamımızı ac qoyacaqlar. Musiqi bir qidadır. Pərvizlə Türkanı ayırıram və həmin meyxanaçını şair kimi şou-biznes qazanına atıram.
Rozadakı yolunu çaşıb. Məni "İnstagram" yox, hardan çıxarır çıxarsın".
Bir müddət əvvəl Damlanın fotosunu cırıb, onu müğənni hesab etmədiyini deyən Elza, bu dəfə Türkanla Pərviz Bülbülənin şəklini cırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB