Namiqin əməliyyatdan sonrakı VİDEOSU

Namiqin əməliyyatdan sonrakı VİDEOSU

Meyxanaçı Namiq Qaraçuxurlu əməliyyatdan sonra ilk dəfə görüntüsünü izləyiciləri ilə bölüşüb. SİA-nın məlumatına görə, sənətçi yenə əsa ilə gəzməyə başlayıb.

Namiq paylaşımına bu sözləri yazıb: "Bu dəfə addımlamağı sözün əsil mənasında sizin gözünüzün önündə öyrənirəm".

Qeyd edək ki, ötən il yıxılıb, ayağı sınmışdı. Müğənninin ayağına dəmirlər yerləşdirilmişdi. Bir neçə həftə əvvəl Namiq əməliyyatla həmin dəmirləri çıxartdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə