Humay Türkiyə və Azərbaycan müğənnilərinin fərqindən danışdı: “Türk müğənniləri çox sadədirlər” - AÇIQLAMA

Humay Türkiyə və Azərbaycan müğənnilərinin fərqindən danışdı: “Türk müğənniləri çox sadədirlər” - AÇIQLAMA
Gənc və sevilən tarzən, "Humay" Qızlar Ansamblının rəhbəri Humay Qədimova türk və azəri şsənətçilər arasından olan fərlqdən danışdı. SİA-ya açıqlamaverən tərzanın sözləriə görə, türk sənətçilıri bizimkilərdən daha sadədirlər: "Türk müğənniləri çox sadədirlər. Yadıma düşür ki, Tarkan məşq prosesində bizimlə məsləhətləşirdi ki, "bəlkə bunu belə edək". Baxmayaraq, bu, onun öz repertuarı idi, istədiyini edə bilərdi. Hətta dizini yerə qoyub üzünü bizə tərəf çevirdi və oxudu. Gözlərimizə inanmadıq. Mən buna sadəlik deyirəm. Öz müğənnilərimizə pis deyə bilmərəm, əlbəttə. İfaçılıqlarına söz yoxdur. Amma onlar bunu etmir axı. Bizimkilər dizlərini yerə qoymaz və musiqiçilərlə məsləhətləşməzlər. Çünki onlarla işləyirəm, bilirəm.

Humay yerli müğənnilərdən sadəliyi yalnız Röyada və Zamiqdə gördüyü etiraf etdi: "2008-ci ildə Heydər Əliyev Sarayında Röyanın konsertində onu müşayiət etdik. Röyada o sadəliyi gördüm. Bizimlə məsləhətləşirdi. Çünki özü də etiraf edirdi ki, xalq mahnılarının ifasında o qədər də səriştəsi yoxdur. Azərbaycan müğənnilərindən Röyada, bir də Zamiqdə o sadəliyi görmüşəm. 2010-cu ilin əvvəlində Zamiq Yaşıl Teatrda konsert verdi. Orda tar-kamançanın müşayiəti ilə "Sarı gəlin"i ifa etdi. Ümumiyyətlə, Zamiq hörmət etdiyim ifaçıdır. Sənətini çox bəyənirəm. İnsanlıq keyfiyyətlərini ondan da çox. Bəziləri də var ki, sadəlikdən uzaqdırlar. Amma ad çəkmək istəmirəm. Həmişə deyirəm ki, mənim oxuyanlarla işim yoxdur. Hər kəsə şəxsiyyətinə görə hörmət edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə