Rəqqasə Fatimə şəxsi biznes qurur

Rəqqasə Fatimə şəxsi biznes qurur
Rəqqasə Fatimə Fətəliyeva bu gün yeni aksessuar mağazasının açılışını edib. SİA-nın məlumatına görə, mağazanın açılışında Fatimənin sənət yoldaşları da iştirak edib. Gələn qonaqların arasında Nadir Qafarzadə, skripkaçı Ceyhun İsmayılov, Elariz, Roza Zərgərli, Rüfət Axundov və digər qonaqlar da olub.

Sənətçilərin və KİV nümayəndələrinin qatıldığı açılış mərasimində Fatimə qonaqlarını milli geyinən qızlarla birlikdə qarşıladı. Dünkanın özü də mili abu-havada hazırlanıb. Toy etmək istəyən vətəndaş üçün burada istənildən aksessuar və əşyaları tapmaq mümkündür. Fatimə deyir ki, ötən gecəni səhərə kimi yatmayıb, əşyaların hazırlanması və vitrinlərə dolduruması ilə məşğul olub: "Bir dəqiqə gözümə yuxu getməyib. Vaxt o qədər daralmışdı ki, çatdıra biləcəyimə inanmırdım. Hazırda dükanda gördüyünüz malların hamısı deyil. Nə qədər bacarmışamsa, yığa bilmişəm".

Rəqqasə satışa çıxarılan malların xaricdən gətirildiyini xəbər verib: "Aksessuarların çoxunu xaricdən gətirmişik. Açılışa görə bir qədər tələsdim. Nə etmişik, dünəndən bu günədək etmişik. Səhər gəldim, axşamadək burada oldum. Elə şeylər də var ki, onu burda düzəltmişik".

Fatimə gəlir gətirən ticarətdənsə, sevdiyi ticarətlə məşğul olmağı üstün tutduğunu deyib: "Başqa gəlir gətirən məhsulların alverini etmək istəmədim. Bilirəm ki, o cür satışla məşğul olanlar birbaşa cəhənnəmə düşürlər. Arzum olub ki, öz qadın salonum olsun. Amma salon açanların da çoxu iflasa uğrayır. Toy biznesindən anlayışım var. Hətta təşkilatçılıq da edə bilirəm".

Rəqqasə rəqs və bizneslə yanaşı, indi də dizaynerlik iddiasındadır: "Dizaynerlik mənə çox maraqlıdır. Onu eşidib sevinməsinlər ki, sənətdən uzaqlaşıram. Rəqs öz yerində qalır. Heç vaxt düşünmürdüm ki, bu qədər maraqlı sənətdir. O insanlarla rastlaşdığım üçün sevinirəm".

Lakin rəqqasə mağazaya çəkilən xərci açıqlamaq istəməyib: "Qiymətləri açıqlaya bilməyəcəyəm. Hələ hesablamamışam".

Müğənni satılan əşyaların da qiymətini deməyib: "Hər şey münasib qiymətədir".

Bütün xəbərlər Facebook səhifəmizdə