Nazilədən Rəqsanəyə gözlənilməz dəstək FOTO

Nazilədən Rəqsanəyə gözlənilməz dəstək FOTO

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın anasının səhhətində problem yaranıb. SİA-nın məlumatına görə, ifaçının anası əməliyyat olunub.

İfaçıya dəstək olmaq üçün şairə Nazilə Səfərli yanına gedib. Bu haqda Rəqsanənin özü xəbər verib: "Qərib yerdə insan üçün hər şey təsəllidir. Anamın ağır əməliyyatı bitər-bitməz yanımızda Nazilə Səfərlini gördüm. Düzün desəm, bu xanımın buralara gəlib çıxacağını bilməzdim. Çünki onunla sıx münasibətimiz yoxdur. Amma mən Naziləni xəstəxanada görəndə çox şad oldum. Səfərliyə bu diqqət və dəstək üçün minnətdaram".

Bütün xəbərlər Facebook səhifəmizdə