Rüfət Axundov: "Mənim nə günahım var?"

Rüfət Axundov: "Mənim nə günahım var?"

"Space"in efirində söyüşlər işlədən müğənni Rüfət Axundov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı proqramda hər kəsdən üzr istəyib: "Verilişdə fonoqram oxuyurdum. Canlı orkestrlə getməmişdim. Fonoqramın üstündə söz istifadə olunursa, nə edim? Mənim nə günahım var? 20 ildən çoxdur oxuyuram, heç bir qalmaqalda adım hallanmayıb. İlk dəfədir belə hadisəylə üz-üzə qalmışam. Həmin an saytların dayanmadan zəngi, özümü toparlaya bilmədim. Onda tələsik dedim ki, montajdır.

Mən bir şeyi deyə bilərəm ki, xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Səsimin üstünə səs gedirsə, bu, birbaşa montaj sayılır. MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, üzr istəyirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə