Müğənni Kərim Abbasov "Space" telekanalının "Hər səhər" proqramında Rüfət Axundov və Rəşadla bağlı yaşanan hadisəyə münasibət bildirib. SİA-nın məlumatına görə, Kərim Rüfətin tərəfini tutub. Abbasov Rəşadın saytların birinə verdiyi açıqlamanı "İnstagram" səhifəsində paylaşaraq onu tənqid edib: "Əslində sən bu açıqlamanı çoxdan verməli idin. Ona görə ki, kişi dediyin şəxs etdiyi əməmli boynuna almalıdır. Elədiyi hərəkəti heç kimin boynuna atmamalıdır. Sənə görə Rüfətin başına gəlməyən qalmadı. Söyüşü söyən sən, çəkən Rüfət. Sənin "dağlı" adına bunu yaraşdırmadım".
Qeyd edək ki, R.İlyasov məsələ ilə bağlı belə açıqlama verib: "Hər şey göz önündədir. Bu haqda açıqlama verməyə utanıram. Sənət dostlarım dəstək oldular, öz humanistliklərini göstərdilər. Amma danışmaq mənə xəcalət verir. İstənilən halda yaxşı deyildi. Dostlar arasında olan zarafat çıxdı ictimayət içərisinə. Bir az da səsi qaldırıb, üzərində işlədilər, yaydılar. Üzr istəyirəm böyüklərdən, ana-bacılardan. MTRŞ açıqlama yaydı, nə deyim? Gərək olmayaydı. Xalqı söymədim, tamaşaçını təhqir etmədim. İfaçılar var bir-birinə hər sözü deyir, “düdtlə” verirsiz. 27 ildir səhnədəyəm, İlhamə Quliyeva, Zeynəb Xanlarova ilə işləmişəm. Ailə tərbiyəm yol verməzdi buna. Rüfətlə, aparıcı Anarla dostuq. Zarafat etdik, efirə getdi”.
Rəşad mikrofunu açdırma məsələsinə toxunub: “Məni günahlandırmasınlar, ondan əvvəl oxuyanda mikrofon açıq idi. Orda dedim bağlayın. Mən də nəsibimi, iradımı aldım. Ən böyük nəsib vicdandır. Vicdanım sızladı. Olmamalı idi. Böyüyə-kiçiyə, tanımadığıma belə “sən” demirəm. Bunu demək bir ayıb, yaymaq min ayıb. Rüfətlə aramız yaxşıdır. Dostlar dar gündə tanınır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB