Əməkdar artist Aybəniz Haşımova "Space" kanalında baş verən qalmaqallı hadisəyə münasibət bildirib. SİA-nın məlumatına görə, müğənni verilişin aparıcısı Anar Vaqifoğlunun işdən qovulmasını haqsızlıq adlandırıb: "Neçə ilərdir ki, Anarı şəxsən tanıyıram və ona dəyərli bir insan kimi böyük hörmətim var. Anar və eləcə də heç bir aparıcı canlı yayımda baş verəcək hadisələrə “qarant” ola bilməz.
Mənim üçün Rəşad İlyasov və Rüfət Axundov çox əzizdirlər. Kaş ki, belə olmayaydı. Amma insan yıxılır, ölür və olacağa nə çarə... Allah da bağışlayanları sevir. Anarın günahsız yerə qurban getməsi məni çox incidir. Ona görə də dəyərli Vaqif Mustafayevdən xahiş edirəm ki, Anarın günahsız yerə qurban getməsinə imkan verməsin. Rəşad və Rüfətin dolanışıq yerləri var. Anar və orada çalışan rejissorun uşaqlarının ümid yeri yalnız Space TV və FM-dir”.
Qeyd edək ki, veriliş zamanı müğənni Rüfət Axundov mahnı oxuyarkən əməkdar artist Rəşad İlyasovla birlikdə söyüşlər işlədiblər. Səs rejissorunun mikrofonu açıq qoyması nəticəsində söyüşlər efirdə səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB