Rumıniyalı müğənni Bakıda konsert verəcək

Rumıniyalı müğənni Bakıda konsert verəcək
Məşhur rumıniyalı müğənni Anda Adams Bakıda konsert vermək üçün ABŞ-a səyahət turunu təxirə salacaq. Onun ABŞ-da son çıxışları fevralın 4-də keçirilməli idi. Adams bu dövrdə Bakıya gəlməli olduğuna görə tur çərçivəsindəki konsertini təxirə salacaq.

SİA-nın məlumatına görə, Adams digər məşhur avropalı müğənni Dan Balan ilə Bakıda Buta Palace kompleksində çıxış edəcək. Ümumilikdə proqram üç saata yaxın davam edəcək. Konsert "KKM prodakşn" tərəfindən hazırlanacaq. Gecənin "di-cey"i Chin@ olacaq. Hazırda təşkilatçılar konsert ərəfəsində tədricən məlumat veriləcək bir sıra digər sürprizlər barədə düşünürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə