Prodüser-aparıcı Tarix Əliyev (Tolik) idarə etdiyi verilişində müğənni Damlanı "yıxıb-sürüyüb". SİA-nın məlumatına görə, Tolik proqramda sənətçinin ünvanına tənqidlər yağdırıb: "Damlada yekəxanalıq var. Düşünür ki, bu gün yüksəkdədir. İşi düşəndə, dəstək gözləyəndə mənə zəng edir. Hər şey səngiyəndə başlayır ki, düşmənlərim.
İndi fanatları bunu yayımlayıb, deyəcəklər, bir həftə əvvəl efirinə çağırıb tərifləyirdin. Sizin sözlərinizlə yaşamıram, sözünüzün mənim üçün anlamı yoxdur, ciddiyə almıram. Yazdıqlarınız önəmsizdir, özünzü yormayın. Qatar öz yolu ilə gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB