Yusif Mustafayev indi də bu hərəkətinə görə tənqid olundu VİDEO

Yusif Mustafayev indi də bu hərəkətinə görə tənqid olundu VİDEO

Qeyri-adi hərəkətləri ilə gündəmə gələn əməkdar artist Yusif Mustafayevin videosu yayılıb. SİA-nın məlumatına görə, görüntüdə müğənni bu dəfə əli ilə plov yeyir. Onun videosunu aparıcı Günay Firudinqızı "İnstagram" səhifəsində paylaşıb.

Mustafayev Günaya aşı əllə yeməyi öyrədib. Aparıcı da ona qoşularaq yeməyi əli ilə yeməyə başlayıb. Sosial şəbəkə istifadəçiləri müğənni və aparıcını tənqid ediblər.

Qeyd edək ki, Yusif son günlər sosial şəbəkədə yayılan videoları ilə gündəmə gəlir. Bundan əvvəl o, toyda ofisiantı qorxutmuş, daha sonra isə mahnı oxuyan zaman "ta-ta-ta" sözlərini işlətmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə