"Damlanın filminin baxışı olmadı"

"Damlanın filminin baxışı olmadı"

Əməkdar artist Dilarə Əliyeva müğənni Damlanın çəkildiyi filmlə bağlı xoşagəlməz fikirlər səsləndirib. SİA-nın məlumatına görə, aktrisa verilişlərin birində bildirib ki, ifaçının rol aldığı ekran işi baxılmayıb: "Damlanın sevəni çoxdur. Kifayət qədər izləyicisi də var. Həmin sevənlərini nəzərə alıb, film çəkdirdi. Amma filmin baxışı olmadı.

O deməkdir ki, Damlanı sevmirlər? Əlbəttə sevirlər, amma tamaşaçı onu orada görmədi. Tamaşaçı gedib filmi izləmədisə, demək, orada nəsə düzgün deyil".

Qeyd edək ki, Damla "Taxta ayı" və "Vəziyyət ruscadı" filmlərində rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə