Azərbaycanlı biznesmenin oğlu müğənnini döydü VİDEO+FOTO

Azərbaycanlı biznesmenin oğlu müğənnini döydü VİDEO+FOTO

Rusiyanın məşhur “Faktor-2” qrupunun solisti İlya Podstrelov Moskvada hücuma məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bildirilir ki, ona hücum edən şəxs Ceyhun Pirverdiyevdir. Ceyhun azərbaycanlı biznesmen, stomotoloji klinikalar şəbəkəsinin rəhbərinin oğludur. O, bloqqer və müğənnilik peşəsi ilə məşğuldur.

İddia olunur ki, Ceyhun qrup üzvünün çıxış etdiyi restoranda dostu ilə nahar edib. Bu zaman İlya həmkarı Jerri ilə birgə qadına şiddəti təbliğ edən mahnı səsləndirib. Bu, oliqarx oğlunun xoşuna gəlməyib və o, ifaçının səhnə çıxışından sonra otağına gedərək onu döyüb.

Davada Ceyhunun özü də zədə alıb.

İ. Podstrelov isə qarşı tərəfi məhkəməyə verməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə