Təşkil olunan tədbirlərin birində əməkdar artist Mehriban Xanlarova və ailəvi dostluq etdiyi bir gənclə birgə təşrif buyuran Azərbaycanın xalq artisti Nisə Qasımova ön cərgədə yerini rahatlayıb sevənlərinin əhatəsində xoş vaxt keçirirdi. Sənətçi qonaqların səhnəyə çıxması və hərəsinin ayrı-ayrılıqda Nisə xanıma olan sevgilərini bəyan etmələri diqqətimizdən yayınmadı. Bəstəkar-müğənni, bomondun ən ekstravaqand siması hesab edilən əməkdar artist Elza Seyidcahanın çıxışı isə xalq artistinin ağlamasına səbəb oldu. Göz yaşlarına hakim ola bilməyən Qasımova səslənən "Həsrət nəğməsi"nin sədaları altında ağlayıb ürəyini xeyli boşaltdı. Əhvalındakı mənfi dəyişiklik Mehriban Xanlarovadan da yan keçmədi. O, da sənətkara baxıb xeyli kövrəldi. Məkanı tərk etdiyi zaman Nisə xanım özü SİA-ya açıqlama verib ağlamasına aydınlıq gətirdi: "Elzanın ifasına qulaq asanda ani olaraq anam üçün darıxdım. Üç ilə yaxın vaxt keçib ki, o dünyasını dəyişib. Yoxluğu ilə heç cür barışa bilmirəm. Tanrı heç bir övlada valideyn itkisi yaşatmasın. Anam haqqında keçmiş zamanda danışmaq çox çətindir. Allah dünyasını dəyişib haqqa qovuşanlara rəhmət etsin".
Xatırladaq ki, xalq artistinin anası Xalidə xanım 16 oktyabrın 2009-cu il tarixində 85 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, xalq artistinin anası Xalidə xanım 16 oktyabrın 2009-cu il tarixində 85 yaşında dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB