Lalə Məmmədova: “Allaha dua etmək adı gələndə, insanlarda bir tənbəllik yaranır" - AÇIQLAMA

Lalə Məmmədova: “Allaha dua etmək adı gələndə, insanlarda bir tənbəllik yaranır" -  AÇIQLAMA
Azərbaycan şou-biznes nümayəndələrinin caduya, fala inanmaqlarından bəhs edən bir neçə yazı təqdim etmişik. SİA-ya bu mövzuda növbəti açıqlama verən məşhur müğənni Lalə Məmmədova oldu. Digərlərindən fərqli olaraq Lalə xanım caduya inanmadığını dilə gətirdi və bu mövzulara həvəsli olan həmkarlarına məsləhət də verdi: "Öldürün məni, amma heç vaxt caduya-fala inanmamışam. Deyirlər var elə bir şey. Amma o, yalnız inanan adamları tutur. Bir sıra dualar var ki, mən onları hər gecə oxuyuram. Quranın kəlamından güclü nə ola bilər axı? Bəzən sual verirlər ki, Allah şeytanı, iblisi və mələyi niyə yaradıb? Mən də hər zaman cavab verirəm ki, bizi yoxlamaq üçün. Əslində belə əməllərə yalnız zəif insanlar uyur. Aciz insanlar darlığa düşəndə deyirlər ki, Allah yoxdur ki, bunları niyə görmür! Əstağfürullah! Necə insanlar Allahı dana bilərlər?! İnsan gərək ilk növbədə öz hərəkətlərinə fikir versin. Bir adam özünü analiz etsə, görər ki, harada səhvə yol verib. Şeytan insanları çox tez yoldan çıxardır. O, bir cindir, insan şəklində belə adamın gözünə görünür. Allaha dua etmək adı gələndə, insanlarda bir tənbəllik yaranır. Bir hadisə yadıma düşdü. Evimdə ki köməkçi xanım mənə dedi ki, qapımızın qabağı torpaqdır. Mən gedib baxanda gördüm ki, bir ovuc torpaq töküblər ora. Görünürdü ki, bu ayaqqabıdan tökülən qum deyil, məhz kimində tökdüyü qumdur. Mən xeyli vaxt dayanıb baxdım ona. Fikirləşdim ki, axı mən belə şeylərə inanmıram, bunlar mənə heç nə edə bilməzlər. Şükürlər olsun ki, o qorxu yoxdur məndə. Mən Qurandan başqa heç nəyə inanmıram. Caduya inanıb, ondan kömək istəyən insanlar acizdirlər. Bilirəm ki, bəzi həmkarlarım da belə şeylərə həvəslidirlər. Çox bədbəxt insanlardılar. Getməsinlər, inanmasınlar. Bunlar hamısı şeytan əməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə