Bahar Lətifqızı: "100 min manat borcum var" VİDEO

Bahar Lətifqızı: "100 min manat borcum var" VİDEO

Müğənni Bahar Lətifqızı verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı proqramda bildirib ki, 100 min manat borcu var: "İş adamı evini satmaq istəyirdi. Məni məclislərin birində görüb, soruşdu ki, "Evimi niyə almadın?" Düzünü desəm, onun evini almağa maddi imkanım olmadı, ucuz mənzil aldım. Evin 83 minini verdim, 100 mini qalıb. Onu da verəcəm, bundan utanmıram. Toylarım var, oxuyub ödəyəcəm. Həmin iş adamı mənə dedi ki, sənin 100 min borcunu verirəm, hədiyyəm olsun. Cavab verdim ki, istəyirsən borcumu 3 yox, 1 ilə ödəyim? Ətrafında çox insan var, məni onların toylarına dəvət et, oxuyum, qazanım. Sənə də dua edim. Başqa müğənni olsaydı, həmin pulu qəbul edərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə