Azərbaycanlı müğənni Ukraynada konsert verəcək

Azərbaycanlı müğənni Ukraynada konsert verəcək
"Yeni ulduz" yarışmasının qalibi, gənc müğənni Vuqar Muradov yeni konsert proqramına hazırlaşır. Lakin, bu konsert onun öz vətənində deyil, Ukraynada keçiriləcək. SİA-ya məlumat verən müğənninin sözlərinə görə, o, hazırda adı çəkilən şəhərdədir: "Hazırda Kiyevdəyəm və solo konsert proqramına hazırlaşıram. Məşqlər yaxşı gedir".

Müğənninin sözlərinə görə, dəvət Ukraynadakı Azərbaycan Diasporu tərəfindən edilib. Bununla yanaşı, Vüqarı orada bir çox dostları qarşılayıb.

Vüqar onu da əlavə edib ki, o, Kiyevdə klip çəkdirməyi də planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə