Əməkdar artist Nahidə Orucova Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən yürüşə qatılıb. SİA-nın məlumatına görə, aktrisa yürüş zamanı gülə-gülə selfi çəkdirib. Sosial mediada ünvanına yazılan tənqidlərdən sonra Orucova açıqlama yayıb: "Yürüşlə bağlı sosial şəbəkədə şəkillər paylaşdım. Mənə nalayiq, şərəf və ləyaqətimi pozan şərhlər yazanlara cavab vermək istəyirəm. Bununla onlar heç nəyə nail olmayacaqlar. Elə nalayiq şərh yazanları Allaha tapşırıram.
Səhərdən əsəb keçirirəm. O yürüşdə hər kəs şəkil çəkdirib paylaşırdı. Amma mən bir şeyi başa düşə bilmədim, nə etmişəm axı? Nə qəbahət iş görmüşəm ki, qınaq obyektinə çevrilmişəm? Şəxsiyyətimə qara yaxırlar.
İnsan həyatı oyuncaq deyil. Mən Nahidə Orucova olmağımı xalqıma və dövlətimə öz işimlə göstərmişəm. Xalqımın, dövlətimin sevgisini qazanmışam ki, bu gün də "əməkdar artist" adını şərəf və hörmətlə daşıyıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB