"Belə vəziyyətdə yaşaya bilmirəm" VİDEO

"Belə vəziyyətdə yaşaya bilmirəm" VİDEO

Xəbər verdiyimiz kimi, xalq artisti Naibə Allahverdiyeva bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi. SİA-nın məlumatına görə, vurulan vaxtıkeçmiş sistemdən sonra şok keçirdən aktrisa hazırda evə buraxılıb.

Aktrisa verilişlərin birində açıqlama verərək kömək istəyib: "Qan təzyiqim artmışdı, sistem qoşdular. Aradan 5-10 dəqiqə keçmişdi dəhşətli ağrılarım oldu. Qışqırığıma bütün məhəllə yığışdı. Bir ölü kimi idim.

Kimə şikayət edim? Həkimlər bir-birinin üstünə atır: gah deyirlər sistemi soyuq vurublar, gah deyirlər vaxtı keçib. İndi bir dərman içəndə də qorxuram ki, həmin vəziyyətə düşəcəm.

Mənə normal həkim tapsınlar, kömək etsinlər. Belə vəziyyətdə yaşaya bilmərəm".

N.Allahverdiyeva heç kimin ona baş çəkmədiyindən gileylənib.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə