Sevinc: "Hər bir model bədən ölçülərini qorumalıdır" MÜSAHİBƏ-FOTOLAR
“Bakı Gözəli-2016”-nın qalibi Sevinc Məmmədova SİA müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Üç ilə yaxındır model olaraq fəaliyyət göstərməməyinizə səbəb nədir?
- İllər öncə model olaraq çox aktiv fəaliyyət göstərmişəm. Ancaq xeyli müddətdir tamamilə bu sahədən uzaqlaşmışam. Fəaliyyətimə fasilə verməyimə səbəb həm şəxsi, həm də biznes işimlə bağlıdır. Modellik sənətinə hər zaman əlavə hobbi kimi baxmışam. "Bakı Gözəli-2016” yarışmasında qalib olduqdan sonra düşündüm ki, bir az fasilə verim. Amma yenidən model olaraq fəaliyyət göstərməyi düşünürəm.
- Modelliklə məşğul olduğunuz zaman biznes işlərinizə son qoyacaqsınız?
- Xeyir, biznes fəaliyyətimi davam etdirəcəm. Eyni zamanda model olaraq da çalışacam. Onu da xüsusi ilə qeyd edim ki, bu günlərdə Türkiyədən bir neçə iş təklifi almışam. Qardaş ölkədə məni həm filmə, həm də reklama çəkmək istəyirlər. Hətta müqavilə şərtlərini belə göndəriblər. Hazırda həmin şərtləri əməkdaşlıq etdiyim şirkət incələyir. Şərtlər hər iki tərəfi qane etsə, o zaman müqavilə bağlanacaq.
- Qeyd etdiniz ki, əməkdaşlıq etdiyiniz şirkət var. Bütün işlərinizi həmin şirkət həll edir?
- Bəli, həmin şirkətlə müqavilə bağlamışam. İşlərimi idarə etməyə menecer belə ayırıblar. Mənə belə daha rahatdır. Çünki dünyanın hər yerində bu cürdür. Amma bir çox məşhurlarımız bütün işlərini özləri həll etməyə çalışırlar. Bu da əksər hallarda yaxşı nəticə vermir.
- Azərbaycanda dəvət olunduğunuz layihə varmı?
- Bir neçə gözəllik yarışmalarında münsif olaraq iştirak etmək üçün təklif almışam. Özümə uyğun bildiyim tədbirlərdə iştirak edirəm. Eyni zamanda fotosessiyalar da çəkdirirəm.
- Bildiyimizə görə, aktrisa kimi də fəaliyyət göstərməyi düşünürsünüz. Doğrudurmu?
- Bəli, aktrisalıqla bağlı kurslara getməyi planlaşdırıram. Çünki özümü aktrisa kimi də sınamaq istəyirəm.
- Bədəninizin ölçülərini qorumaq üçün nə edirsiniz?
- İdmanla məşğul oluram. Fikirimcə, hər bir model bədən ölçülərini qorumalıdır.













Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB