Samiraldo: "Nüşabə Ələsgərli mənə dəyən maddi ziyanı ödədi" AÇIQLAMA

Samiraldo: "Nüşabə Ələsgərli mənə dəyən maddi ziyanı ödədi" AÇIQLAMA

Xəbər verdiyimiz kimi, əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı üz-üzə gəlib. Sənətçilərin bir-biriləri dalaşmasını tədbirdə iştirak edən stilist Samiraldo telefonu ilə lentə alıb. Bunu görən Nüşabə stilistin telefonunu əlindən alaraq yerə çırpıb. O, Samiraldonun telefonunu sındırdıqdan sonra əsəbi olduğunu və yenisini alacağını deyib. Lakin əməkdar artist sözündə durmayıb. O, stilistə tədbirdən sonra zəng edərək sındırdığı telefonun yenisini almayacağını bildirib.

SİA açıqlama verən stilist Samiraldo küsülü olduğu əməkdar artist Nüşabə Ələsgərli ilə barışdığını deyib: "Nüşabə xanımla tədbirlərin birində üz-üzə gəldik. Eyni masada da əyləşdik. O, mənə yaxınlaşaraq bildirdi ki, "Gəl, küsülülüyümüzə son qoyaq. Telefonunu sındırdığım gün çox əsəbi idim. Səni çox isəyirəm". Mən də onun bu sözlərini yerə salmayıb, Ələsgərli ilə barışdım. Hətta o, mənə dəyən maddi ziyanı belə ödədi. Nüşabə Ələsgərli ilə artıq aramızda heç bir inciklik yoxdur".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə