Nadir Qafarzadə Ukraynada nə edir?
"Yeni ili" Bakıda təşkil olunan şou-proqramlarda keçirib, səhərədək şəxsi büdcəsini yetərincə artıran müğənni Nadir Qafarzadəni 2011-ci ilin ilk günündən etibarən "gördüm" deyən tapılmayıb. SİA-nın məlumatına görə, çoxları müğənninin depressiyaya məruz qaldığını söyləsə də Nadir haqqında çox maraqlı xəbər əldə etməyə müvəffəq olduq. Müğənninin yaxın ətrafından aldığımız məlumata görə, həyat yoldaşı və iki oğlu ilə birgə artıq 10 gündür ki, Ukraynanın paytaxtı Kiyevdədir. İndi Qafarzadə ailəsi ilə Köhnə Yeni ili Kiyevdə təmtəraqla qeyd etməyə hazırlaşır.
Əldə etdiyimiz digər informasiyaya görə, gözlərdən itkin düşən müğənni Vətənə qayıtmağa tələsmir. Nadir düz iki həftədən sonra, yəni yanvarın 24-də Bakıya qayıtmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə