DJ Roşka Hüseyni "yıxıb-sürüdü" VİDEO

DJ Roşka Hüseyni "yıxıb-sürüdü" VİDEO

DJ Roşka məşhur klarnet ifaçısını zurna ifaçısı adlandırıb. SİA-nın məlumatına görə, buna səbəb kalrnet ifaçısı Hüseyn Məhəmmədoğlunun verilişlərin birində bütün "Mashup" oxuyanları tənqid etməsi olub.

Tənqidlərə cavab olaraq isə DJ qarşı tərəfi hörmətsizlikdə ittiham edib: “Sən hər dəfə deyirsən ki, özündən böyüklərə hörmət etmək lazımdır. İndi isə özündən kiçiyə hörmətsizlik edirsən. Mənim gördüyüm işləri 30 milyon insan izləyir. Razıyam, "Mashup" oxuyanların içində pisləri də var. Amma bizim işimiz onlara aid deyil. Sən yaxşını pisdən, ağı qaradan ayıra bilmirsən. Onda mən də gərək sənə klarnet yox, zurna ifaçısı deyim”.

Hüseyn Məhəmmədoğlunun qarşı tərəfə cavabı gecikməyib: “Zurnaçı olmaq mənim üçün böyük fəxrdir. Azərbaycanın folklor alətidir. Bu sənəti yaşadan böyük sənətkarlarımız var. Əməkdar artistimiz Şirzad Fətəliyev, rəhmətlik Şəkili Ələfsə, Şamaxılı Rasim müəllim Azərbaycanın sərvətləridir”.

Nəzərinizə çatdıraq ki, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Mashup" oxuyanları proqramların birində tənqid etmişdi: "Kimlərdir "Mashup" oxuyanlar? Hamısı uşaq-muşaqlardır. Biabırçı vəziyyətdir. Əsəbiləşirəm, niyə belə edirsiniz?

Həyatda bir yaltaqlanmağı, bir də kimisə yalandan tərifləməyi sevmirəm. Özümü təsdiq etmişəm. Elə şeylər var ki, qəbul etmirəm, gizlətmirəm və incisələr də deyirəm.

"Mushroom"dur, yoxsa "Mashup"dır nədir. Əslində "mushroom" sevdiyim yeməkdir. Bu göbələkli yemək onların oxuduğu mahnıdan hörmətlidir. "Mashup" lazımsız bir şeydir... Ondansa hörmətli bir mahnı yazdırın".

Hüseyn Azərbaycan musiqisinin son günlər daha da pisləşdiyini deyərək "Sənət göstərmək lazımdır. Azərbaycan musiqisi biabırçı, bərbad vəziyyətə düşüb. Hazırda üzüaşağı gedirik" sözlərini əlavə edib.

Qeyd edək ki, Sevil və Sevinc Səfərovalar, Aysun İsmayılova, Əbdül Xalid "Mashup" oxuyanlar sırasında yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə