Türkiyəli müğənni Bülent Ersoy Beyoğlundakı "Sanat Performance"da konsert verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, səhnəyə yeni aldığı 150 min TL-lik kürkü ilə çıxan sənətçi “Kor”, “Hani bizim sevdamız”, “Çile bülbülüm” və “Biz ayrılamayız” kimi sevilən mahnılarını səsləndirib.
Ersoy konserti zamanı tamaşaçıları ilə də söhbət etməyi unutmayıb. O, hətta gecəyə gələnlərlə zarafat da edib.
İfaçının sevənlərindən biri “Bülent bacı" deyərək ona müraciət edib. Ersoy isə tamaşaçısının müraciətinə "Bacı demə lazımın olar. Bülent xanım de. Sən gəl mənim yanımda otur” diyərək Teoman adlı gənci səhnəyə dəvət edib. O, tamaşaçısının əlindən tutaraq oturub və mahnılarını ifa etməyə davam edib.
Konsertdən olan fotoları təqdim edirik:








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB