Röya Ayxandan şok qərar
Bu gün müğənni Röya Ayxanın mətbuat katibi Ülviyyə Alovlu bəyanat yayıb. SİA-nın xəbərinə görə, bəyanatda bildirilir: "Müğənni Röya Ayxan bundan belə heç bir internet səhifəsində, xəbər agentliklərinin internet saytlarında özünə aid yazı, şəkil və xəbərlərin getməsini istəmir. Bu münasibətlə Azərbaycan internet məkanında fəaliyyət göstərən bütün saytlara özü haqda bu və ya digər formada materialların çap olmasına qadağa qoyaraq onlara xəbərdalıq edir. Qadağa materialın tərkibindən asılı olmayaraq (tərif, tənqid, istinad, xəbər, iqtibas, şəkil, mahnı) hər bir növünə aiddir. Bundan sonra müğənni özü və yaradıcılığı haqda heç bir materialı görmək, oxumaq istəmir. O, adının internet və çap informasiya vasitələri tərəfindən çəkilməsinə tamamilə etiraz edərək, buna qadağa qoyur. İstisna hal olaraq müğənninin mətbuat xidmətinin bilavasitə imzası ilə gedən xəbərlər hesab olunacaq. Öz növbəsində mətbuat xidməti öz sərt nəzarətini tətbiq edəcək. Xəbərdarlığı nəzərə almayıb, qadağanı pozan hər bir şəxs, KİV nümayəndəsi və resursla bağlı məhkəməyə müraciət olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə