Xəyanətə görə xanımından boşanan Necati Şaşmaz ondan təzminat istədi

Xəyanətə görə xanımından boşanan Necati Şaşmaz ondan təzminat istədi

Xəbər verdiyimiz kimi, 7 ildir evli olan Necati Şaşmaz və Nagehan Şaşmaz boşanır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlüyün ayrılmasının səbəbi bəlli olub. Aktyorun vəkili boşanma prosessinin qalmaqallı olacağını bildirib.

Boşanmaq üçün məhkəməyə ilk müraciət edən Necati olub. O, 10 milyon lirə təzminat və iki övladının qəyyumluğunu istəyib.

Vəkil məhkəməyə təqdim etdiyi şikayət ərizəsində Nagehanın evliliyini ağır hərəkətlərlə sarsıtdığını qeyd edib. Almaniya vətəndaşı olan Nagehanın uşaqları özü ilə xaricə aparmasına da qadağa qoyulması tələb edilib. Belə ki, aktyor arvadının övladlarını ondan qaçırdacağını güman edir.

Bütün xəbərlər Facebook səhifəmizdə