Azərbaycan ilk dəfə “Лiга Смiху 2019” yumor festivalında FOTOLAR

Azərbaycan ilk dəfə “Лiга Смiху 2019” yumor festivalında FOTOLAR

24 yanvar -4 fevral tarixlərində Ukraynanın Odessa şəhərində Ukraynanın Beşinci “Лiга Смiху 2019” Yumor Çempionatı keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan ilk dəfədir ki, bu festivalda “Как по Маслу” komandası ilə təmsil olunur. Çempionatda müxtəlif ölkələrdən komandalar iştirak edir. Onların arasında Azərbaycan,Belorusiya, Qazaxıstan, Moldova, Rusiya, İsrail, Estoniya və s. ölkələrin tanınmış və yeni komandaları yer alıblar. Birinci turun nəticələrinə görə festivalda iştirak edən 213 nəfərdən ikinci tura vəsiqə qazanan 58 komandanın arasında Bakının “Как по Маслу”da var.

31 yanvarda keçirilmiş ikinci turun nəticələrinə əsasən 21 qalib komanda seçilərək 2 fevral tarixində keçirilən Qala konsertdə iştirak edəcəklər. Qala konsert Ukraynanın ən reytinqli 1+1 televiziya kanalı vasitəsi ilə yayımlanacaq. Bu qaliblərin arasında Azərbaycanı da təmsil edən komandanın adı var. Bu tarixi hadisənin 2 fevral Azərbaycan Gənclər Günü ilə üst-üstə düşməsi çox xoş təsadüfi haldır.

Qeyd edək ki, şounun aparıcısı Ukraynanın tanınmış şoumeni, kinoprodüseri, aktyoru Vladimir Zelenskidir.

Bütün xəbərlər Facebook səhifəmizdə