Xatundan Rəqsanəyə barışıq jesti VİDEO

Xatundan Rəqsanəyə barışıq jesti VİDEO

Müğənni Xatun Əliyev küsülü olduğu həmkarı, Rəqsanə İsmayılovanın qızı Aysunla məclislərin birində üz-üzə gəlib. SİA-nın məlumatına görə, Xatun Rəqsanəyə barışıq addımı atıb. Belə ki, Xatun "İnşallah Aysunun toyunda" deyərək Rəqsanəyə salam göndərib. Xatunun bu jestini Aysun cavabsız qoymayıb. İfaçının qızı onunla görüşüb.

Qeyd edək ki, Rəqsanə ilə Xatun arasında qalmaqal Moskva toyları üstə yaşanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə