Nura digər həmkarlarına örnək olmağa çalışır - FOTO

Nura digər həmkarlarına örnək olmağa çalışır - FOTO
Şou biznesimizin ən zövqlü müğənnilərindən sayılan Nura Suri ötən ilin son günlərində maraqlı bir aksiayda iştirakı ilə yeni ampulada göründü. Nura bir neçə saatlıq kitab satıcısı oldu. O, belə bir aksiyada iştrakının səbəbi barədə açıqlama verərkən bildirib ki, insanlarda kitaba marağı artırmaq, onların intellektual səviyyəsinin, zövqünün formalaşmasında mütailənin, xüsusilə kitab oxumağın böyük əhəmiyyəti olduğunu bildiyi üçün məmnuniyyətlə aksiyada iştiak edib. Həmin gün Nuranı sənət dostları da tək qoymayıb.

Müğənni yeni ilin ilk günlərində, yanvarın 9-da növbəti dəfə kitab satışı aksiyasında iştrak edib. SİA-nın məlumatına görə, Əli və Nino kitab evində keçirilən aksiyada sənətçi bir neçə saat həm sadə insanlarla ünsiyyətdə olmağa çalışıb, həm də onlara kitab satıb. Mərasimdə yenə müğənninin sənət dostlarını görmək mümkün idi. Bu dəfə "Eurovision" nun iştirakçıları xüsusilə diqqət çəkib. Səfurə Əlizadə, Samr Cavadzadə də mərasimdə qonaq qismində iştirak ediblər. Eyni zamanda tanınmış vizajist Nigar İbrahimova, reper Miri Yusif də Nuraya dəstək olmaq üçün mərasim iştirakçıları arasında olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə