"Gəlişinlə ömrümə bahar gətirdin" - Könül Kərimova

"Gəlişinlə ömrümə bahar gətirdin" - Könül Kərimova

Əməkdar artist Könül Kərimova oğlu Rəşadla fotosunu paylaşıb. SİA-nın məlumatına görə, müğənni övladını ad günü münasibətilə təbrik edib: "Əziz oğlum, sənin ad gününü təbrik edirəm. Dünyaya gəldiyin gün hava çox soyuq, çovğunlu bir gecə idi. Gəlişinlə ömrümə bahar gətirdin. Dünyam gözəlləşdi. Həyata yenidən inamla başladım. Həmin gündən varlığın məni yaşadır. Allahın bu gününə çox şükür, oğlum". Qeyd edək ki, Kərimovanın Ləman adlı bir qızı da var.

Bütün xəbərlər Facebook səhifəmizdə