Fərdanın boşandığı arvadı: "Ailəmi o qadın dağıtdı" ŞOK-FOTO

Fərdanın boşandığı arvadı: "Ailəmi o qadın dağıtdı" ŞOK-FOTO

Xəbər verdiyimiz kimi, aktyor Fərda Xudaverdiyev ilk həyat yoldaşından ayrılıb, ikinci dəfə ailə qurub. Hətta onun üçüncü oğlu da dünyaya gəlib. SİA-nın məlumatına görə, aktyorun ötən gün xəbəri təsdiqləməsi və övladlarının şəklini "Üç aslanım: Mətinim, Aminim, Raulum" başlığı ilə paylaşması ilk xanımı Günel Xudaverdiyevanı qalmaqqallı açıqlama verməyə məcbur edib: “Fərda Xudaverdiyevin ilk və əsl həyat yoldaşı olmuşam. Amin və Mətini dünyaya gətirən ana mənəm. 9 illik xoşbəxt ailə həyatım var idi. Qayınanam, baldızım, qayınatamla heç bir problemim olmayıb. Lakin bu qadın, yəni Raulun anası ailəmdə dəfələrlə problem yaradıb. 9 il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib.

O qadın dəfələrlə Fərdanın viski masasında olub. Sonda ailəmizin dağılmasında səbəb o və dünyaya gətirdiyi uşaqdır. O uşaq biz ailəli olarkən dünyaya gəlib. Boşanma prosesi noyabrda baş verib. Uşağın 1 yaşı isə martda olacaq. Bu zamana kimi kənardan izləyirdim. Amma dünənki paylaşımlar məni susdura bilməz. O uşaq mənim oğlanlarımın qardaşı deyil, ola da bilməz”.

Bütün xəbərlər Facebook səhifəmizdə