Brilliyant Dadaşovanın yeni klipini türk rejissoru çəkir - EKSKLÜZİV

Brilliyant Dadaşovanın yeni klipini türk rejissoru çəkir - EKSKLÜZİV
Xalq artisti Brilliyant Dadaşova yeni klip çəkdirib. SİA-nın məlumatına görə, klipin yaxın zamanlarda təqdimatı keçiriləcək. Hal-hazırda Turkiyədə olan müğənni yeni klipini elə qardaş ölkədə çəkdirir. Klipin rejissoru türkdür.

Bununla yanaşı müğənni yeni albom üzərində çalışır. Alboma xalq artistinin yeni mahnıları ilə yanaşı köhnə ifaları da daxil olacaq. Bu albomda Brilliyant Dadaşova retro üslubuna müraciət edib.

Onu da qeyd edək ki, 2010-cu ilin sonunda xalq artisti pərəstişkarlarını yeni televiziya konsert proqramı ilə də sevindirdi. Sənətçi bu ildə televiziya konsert verməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə