İradə İbrahimova susqunluğu pozdu AÇIQLAMA

İradə İbrahimova susqunluğu pozdu AÇIQLAMA

Uzun müddətdir yaradıcılığında heç bir yenilik etməyən müğənni İradə İbrahimova susqunluğu pozub. İfaçı tezliklə yeni mahnısını dinləyicilərin ixtiyarına verəcək.

SİA-ya bu haqda bəstənin söz müəllifi Orxan Mürvətli açıqlama verib: "İradə İbrahimova ilə iş birliyimiz oldu. Yeni bəstə üzərində çalışdıq. Mahnının musiqisi Fərid Kərimliyə, aranjemanı Anar Vəliyevə məxsusdur. Bəstə "Xəyanət" adlanır. Mahnı tezliklə dinləyicilərin ixtiyarına veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə