NEXT Avropa turnesinə çıxır

Son zamanlar daxilində baş verən dəyişikliklərlə bağlı müzakirə obyektinə çevrilən NEXT qrupu yeni ilin ilk ayında elə ilk diskini təqdim edəcək. Qrup üzvünün dəyişilməsi ilə əlaqədar olaraq gecikən "Love for sale" albomunun artıq son tamamlama işləri də bitmək üzrədir.

SİA-nın məlumatına görə, NEXT vətəndə albomu tamaşaçıların ixtiyarına verdikdən sonra mart ayında Avropada təqdimat edəcək. Belə ki, sözügedən layihə çərçivəsində qrup İngiltərə, Danimarka, Norveç, Hollandiya da konsert proqramları ilə çıxış edəcək. Onu da deyək ki, layihənin gedişatı zamanı siyahıya bir çox əlavələrin olunacağı da gözlənilir. Belə ki, qrupun mətbuat xidmətindən verilən məlumata görə, hazırda bir çox ölkələrin diasporları ilə danışıqlar aparılır.

Qrupun mətbuat xidmətindən bildirilib ki, turne şəklində ilk yerli qrup olaraq NEXT- in çıxış etməsi məsuliyyəti daha da artırır: "Onu da bildirək ki, qrupda baş verən dəyişiklikləri bəziləri NEXT-in dağılması kimi qiymətləndirsə də, əslində heç də hər şey belə deyil. Artıq NEXT yeni üzvü ilə birgə layihələr üzərində çalışır. Bu günlərdə NEXT "Arabic love" adlı yeni mahnını da dinləyicilərə təqdim edib".

Bütün xəbərlər Facebook səhifəmizdə