Nazilə "Maşın şou"dan getdi

"Maşın şou" yadda qalan məqamlarla tamaşaçılar qarşısına çıxıb. SİA-nın məlumatına görə, şairə Nazilə Səfərli səsverməyə çıxan aktrisa Xəyalə Quliyevaya verilişin sonunadək yarım saat vaxt qoyub.

Belə ki, özünü hədəf kimi görən Nazilə Xəyalədən ad açıqlamasını tələb edib. Əks halda, verilişə yarım saat qalmış Səfərli onun "Getsin"inə səs istəyəcəyini bildirib:

"Mən oyun oynayıram. Bu, haqqımdır. Düşünürəm ki, bugunki hədəf mənəm. Xəyalənin getməsini istəmirəm. Ona görə ona verilişə yarım saat qalmışa kimi dəstəyəm. Amma son yarım saat kimi ad açıqlanmasa, bütün depomu ona qarşı çevirəcəm və getməsə səs istəyəcəm".

Xəyalə verilişin əvvəlində heç kimin adını açıqlamasa da, gedişatda proqramdan Naziləni deyil, kişi iştirakçılardan birini çıxaracağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə