Müğənni Mina Hüseyn tərk etdiyi “Maşın şou”nun aparıcısı Murad Dadaşovdan bəhs edib. SİA-nın məlumatına görə, M.Dadaşovun ad günündə efirə yenidən dəvət olunan Mina aparıcının onun üçün aldığı hədiyyəni geri qaytartdığını bildirib: "“Maşın şou”da qonaq idim. Murad Dadaşovun ad günü münasibətilə hədiyyə alıb aparmışdım. Bəlkə də son qəpiyimə qədər xərcləmişdim. Şəxsən özü aldığım hədiyyəni geri qaytardı. Üstəlik, efir zamanı bir dəfə də olsun adımı çəkmədi. Sağ olsunlar, bəlkə onlar özlərini belə hərəkətlərlə dəyərli hesab edirlər, bilmirəm... Maşın tarixində əsas odur, öz simamı itirmədim. Dünya malı dünyada qalır. Allah hər kəsə ürəyinə görə versin. Hörmətli olasınız. Təşəkkürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB