Xatirə: "Bu sözlərim televiziya işçilərinin xoşuna gəlməyəcək" ŞOK

Xatirə: "Bu sözlərim televiziya işçilərinin xoşuna gəlməyəcək" ŞOK

Müğənni Xatirə İslam verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı proqramlara dəvət olunan qeyri-peşəkar musiqiçilərdən gileylənib: "Bəlkə bu sözlərimi efirə verməyəcəklər, televiziya işçilərinin xoşuna gəlməyəcək, montaj edəcəklər. Amma bu məqama toxunmaq istəyirəm. Televiziya proqramlarında ciddi sənətlə məşğul olmayanlar çoxdur. Oxuya bilməyəni əvvəl efirə çətin buraxardılar. Bir yerdə 10 sənəti olan olurdusa, 11-ci ancaq zəif ola bilərdi. Amma indi baxıram ki, efirə çıxırlar, məsləhtlər verirlər. Onların musiqi savadı, müəllimləri yoxdur. Amma sərbəst efirə çıxırlar. Baxıram ki, televizorda bir qız oxuyur, deyirəm, bu kimdi? Baxıram ki, "İnstagram"da oxuyur, tanınır. Ona aparıcılar yaxşı münasibət də bəsləyirlər. Biz o vaxt görürdük ki, eləsini aparıcı vurardı, cırmaqlaya-cırmaqlaya irəli gedirdik. Toylara da onları dəvət edirdilər. Bir-iki klip çəkib, özlərini musiqiçi sayırlar. Get-gedə hər şey pisləşir".

Bütün xəbərlər Facebook səhifəmizdə