Albaniya “Eurovision-2011” üçün təmsilçisini və ifa olunacaq mahnısını seçib- FOTO
Albaniya "Eurovision-2011" müsabiqəsində təmsilçisini və ifa olunacaq mahnısını müəyyənləşdirib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Eurovision-2011" mahnı müsabiqəsində Albaniyanı Aurela Qaçe təmsil edəcək. O, Düsseldorf Arenasında "Kenga İme" ("Mənim mahnım") mahnısını oxuyacaq.
Qeyd edək ki, Aurela Qaçe Nyu-York şəhərində yaşayır və 2004-ci ildə keçmiş prezident Bill Klintonun şərəfinə keçirilən mərasimdə Albaniya və ABŞ-ın dövlət himnlərini səsləndirib. Albaniya təmsilçisinin indiyədək beş albomu işıq üzü görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB