Xatirə: "Həyat yoldaşımla yola getmirdim" FOTO

Xatirə: "Həyat yoldaşımla yola getmirdim" FOTO

Altın Kelebek” mükafat mərasimi çərçivəsində lentə alınan “Böyük dəyişim” adlı sənədli film bu dəfə müğənni Xatirə İslama həsr edilib. SİA-nın məlumatına görə, ifaçı həyat yoldaşı Fəxrəddin bəydən danışıb: "Ailə qumaq fikrim yox idi. Fəxrəddinlə görüşə getdim, onun gözəl tərbiyyəsi var. Gəldim evdə dedim ki, fikirləşərəm. O da gedib evdə deyib ki, fikirləşim.

Ailə quranda ilk vaxtlar yola getmirdik. Soyuducunun qapısını örtmədi, filan şeyi yerinə qoymadı deyib, sözümüz düşürdü. İndi görürəm ki, bütün xasiyyətimiz eynidi. Fəxrəddindən əvvəl tanıdığım dostlarım indi onunla dostluq edirlər.

Mən sevməyib ailə qurmuşam. Amma indi övladımdan da birinci mənim üçün həyat yoldaşımdır. Toydan sonra məni qısqanmadı, bezdirmədi, filan yerə getmək olmaz, kim idi mesaj yazan demədi. Fikirləşdim ki, görəsən mən bunun bu xasiyyətinə nə ilə cavab verim?".

Xatirə övladı Emilin doğulmasından söz açıb: "Kinolarda görürdüm uşaq olanda ana ağlayır. Amna nə qədər etdim ağlaya bilmədim. Üç gündən sonra analıq hissi gəldi. Övladım xəstələndi, xəstəxanada yerdə oturdum. Əlimdə dua kitabı var idi, səhərə qədər dua oxudum. Məşhur olduğumu belə unutdum. Bu gün yoldaşım desə, oxuma oxumayacam. 50 yaşından sonra ümumiyyətlə toylara getməyəcəm. 50 yaşında necə toy oxuyum? İndi çox yorğunam, istəyirəm həmin yaşım tez gəlsin".

Sənətçinin həyat yoldaşı onunla bağlı fikirlərini bölüşüb: "Mən hər şeyə əsəbiləşirəm. Bir qaşıq yerində olmasın, onu söz edəcəm. İndi Xatirə bilir ki, nəyə əsəbiləşərəm və onları etmir. Onu ilk dəfə efirdə bir proqramda gizli kamera ilə çəkmişdilər, orda görmüşdüm".

Bütün xəbərlər Facebook səhifəmizdə